Türkiyə Ordusu Suriya və İraqın şimal bölgələrində terror təşkilatlarına qarşı əməliyyatlarını davam etdirir.

"Unikal" xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində 3 PKK terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.

Nazirlikdən verilən açıqlamada, ''Türk Silahlı Qüvvələrimiz terroru mənbəyində məhv etmək üçün əməliyyatlarını effektiv və qətiyyətlə davam etdirir. İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində 3 PKK terrorçusu zərərsizləşdirilib. Əməliyyatlarımız sürəti azaltmadan davam edəcək", - qeyd olunub.