"Davamlı sülhə nail olmaq üçün Krım yenidən Ukraynanın bir hissəsi olmalıdır". 

"Unikal" xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib. 

Fransa lideri vurğulayıb ki, Paris Ukraynaya kömək etmək üçün əlindən gələni edir.

“Suverenlik olmasa, Ukraynanın, o cümlədən Krımın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə qayıtmasa, davamlı sülhdən söhbət gedə bilməz”.

O vurğulayıb ki, Rusiya Federasiyası Ukraynadakı münaqişədə qalib gəlsə, “Avropaya inam sıfıra enəcək”. Eyni zamanda Makron qeyd edib ki, bu gün Rusiya Fransanın rəqibidir.

“Biz Rusiyaya qarşı müharibə aparmırıq, biz Ukraynanı dəstəkləyirik”, - deyə siyasətçi yekunlaşdırıb.

Makron həmçinin bildirib ki, belə bir zərurət yaranarsa, Fransa Rusiya ilə qarşı-qarşıya qalacaq.

Gülayə Mecid