"Ukrayna heç vaxt Qərbdən asılılığını dayandırmayacaq". 

"Unikal" xəbər verir ki, bunu Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin "El Pais"ə müsahibəsində deyib. 

"Biz heç vaxt asılılığı dayandırmayacağıq, çünki heç bir ölkə Rusiyaya yalnız hərbi sənayesinin imkanları ilə müqavimət göstərə bilməz. Amma biz çalışırıq ki, müttəfiqlərimizin üzərinə düşən yükü azaldaq və özümüz daha çox istehsal edək", - nazir qeyd edib.

Fevralın sonunda Kamışin bildirmişdi ki, Ukrayna 700 km-ə qədər uçuş məsafəsi olan raketlər istehsal etməyi öyrənib. O, əlavə edib ki, raket proqramı Kiyev üçün ən vacib proqramdır.

Gülayə Mecid