Moskvada seçki məntəqəsində insident baş verib.
"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, qadın Moskvadakı seçki məntəqələrindən birində olarkən seçki qutusuna boya töküb, hadisədən dərhal sonra o saxlanılıb.
"Şübhəli dindirilmək üçün paytaxtın İstintaq Komitəsinin bölməsinə aparılıb. Artıq onun barəsində cinayət işi başlanıb", - KİV-lərin birində qeyd olunub.
Qeyd edək ki, martın 15-dən etibarən Rusiyada prezident seçkiləri keçirilir. Seçkilər martın 17-dək davam edəcək.
Gülayə Mecid