Belarus prezidenti Aleksandr Lukaşenko xaricdə tez-tez diktator adlandırılmasına sakit şəkildə cavab verib. 

"Unikal" xəbər verir ki, bu barədə Belarus prezidenti Belarus Konstitusiyasının 30 illiyinə həsr olunmuş iclasda deyib. 

"Bütün bu müddət Lukaşenkonu diktator və avtoritar prezident adlandırıblar. Yaxşı, qoy ad versinlər. Əsas odur ki, nəticədə əlimizdə nə var: xərclənməmiş milli sərvət, qorunan suverenlik, doğma yurdumuzda təhlükəsizlik və əmin-amanlıq, vətəndaşlarımızın rifahının yüksəlməsi. İnsanlar üçün sülh, əmin-amanlıq və sükut".

Ağarza Elçinoğlu