Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel Rusiya lideri Vladimir Putini təbrik edib. 

"Unikal" xəbər verir ki, Mişel "X" hesabında Rusiya Federasiyasında bu gün başlayan prezident seçkiləri ilə bağlı açıqlama verib. 

O, Putini seçkinin yekunlaşmamasına baxmayaraq, “böyük qələbəsi” münasibətilə təbrik edib. 

"Vladimir Putini bu gündən etibarən seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik etmək istərdim. Müxalifət yoxdur. Azadlıq yoxdur. Seçim yoxdur", - deyə qeyd edib. 

Bildirək ki, Rusiyada prezident seçkiləri martın 17-də başa çatacaq.

Gülayə Mecid