Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Unikal" xəbər verir ki, iclasda Azərbaycan 1-ci liqasının 18-cı turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.
"İrəvan” – “Zaqatala” oyununun 83-cü dəqiqəsində “İrəvan” klubunun heyətində 99 nömrəli futbolçu Balamirzə Soltanovun əvəzinə meydançaya adı matçın protokolunda qeyd edilməmiş 8 nömrəli futbolçu Kamil Mahmudov daxil olduğuna görə “İrəvan”a 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 400 manat cərimə edilib.
Qeyd edək ki, sözügedən oyunda "İrəvan" 3:0 hesabı ilə qalib gəlmişdi. Bu qərardan sonra 3 xalı silinən "İrəvan" 23 xalla 6-cı pillədə qərarlaşıb.