"Barselona"da əfsanəvi futbolçuların geyindiyi 10 nömrəli formanın növbəti mövsümdən hansı futbolçuya veriləcəyi açıqlanıb.
"Unikal" xəbər verir ki, məlumatı "Catalunya Radio" yayıb.
Xəbərə görə, son olaraq hazırda icarə əsasında "Brayton"da çıxış edən Ansu Fatinin daşıdığı geyim dəsti klubun 16 yaşlı futbolçusu Lamin Yamala təqdim ediləcək.
Cari mövsüm Kataloniya komandasının heyətində bütün tunirlərdə çıxdığı 38 oyunda 6 qol və 7 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşən Yamal 27 nömrəli formanı geyinir.
"Barselona"da 10 nömrəli forma ilə Ronaldinyo və Lionel Messi kimi superulduzlar oynayıblar.