Bu gün Xaçmaz Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 15-ci turunda növbəti oyun gününün ilk qarşılaşması baş tutub.
"Unikal" xəbər verir ki, çempionatın güclü kollektivlərindən sayılan "NTD-İndiqo" son zamanlar yüksəlişdə olan "Sərhədçi" klubu ilə üz-üzə gəlib və 84:74 hesablı qələbəyə sevinib. Ən məhsuldar basketbolçular "NTD-İndiqo"da Qriffin Remmi (22 xal, 11 asist), "Sərhədçi"də isə Tarık Vudi olub (23 xal, 11 ribaund).