Türkiyə Superliqasında 30-cu turun növbəti oyunları keçirilib.
"Unikal" xəbər verir ki, "Qalatasaray" səfərdə "Kasımpaşa" ilə qarşılaşıb. Görüş "cim-bom"un 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun digər oyunlarında "Rizəspor" "Qaziantep"ə 3:1, "Hatayspor" "Samsunspor"a 3:0 hesabı ilə qalib gəlib.
Bu nəticədən sonra xallarını 81-ə çatdıran "Qalatasaray" turnir cədvəlinə başçılıq edir. "Kasımpaşa" isə 43 xalla beşinci pillədə qərarlaşıb.
Tura bu gün keçiriləcək "Trabzonspor" - "Fənərbağça" matçı ilə yekun vurulacaq. Oyun Bakı vaxt ilə saat 21:30-da start götürəcək.