NATO-nun Baş katibi Yens Stoltenberq regiona səfəri çərçivəsində Azərbaycandan sonra Gürcüstana səfər edib. 

"Unikal" xəbər verir ki, bu barədə gürcü KİV məlumat yayıb. 

NATO baş katibinin təyyarəsi artıq Tbilisi beynəlxalq hava limanına enib. Onu Gürcüstanın xarici işlər naziri və NATO-dakı səfiri qarşılayıb.

Bir neçə dəqiqədən sonra rəsmi qarşılanma mərasimi başlayacaq, bundan sonra yüksək rütbəli qonaq hökumət administrasiyasına keçəcək və burada Gürcüstanın baş naziri ilə görüşəcək.  
 
Görüşdən sonra brifinq keçiriləcək. 

Ağarza Elçinoğlu