Rusiya hərbçiləri Fransa əsgərlərini Ukraynaya çatan kimi məhv edəcəklər.
"Unikal" xəbər verir ki, Rusiyanın bu niyyətini BFMTV kanalına müsahibəsində Dövlət Dumasının deputatı, parlamentin aşağı palatasının vitse-spikeri Pyotr Tolstoy bildirib.
“Ukrayna ərazisinə gələcək bütün fransız əsgərləri dərhal məhv ediləcək"- deyə Tolstoy qeyd edib.
Xatırladaq ki, fevralın sonunda Fransa prezidenti Emmanuel Makron Ukraynaya Avropa ölkələrindən qoşunların göndərilə biləcəyini etiraf edib. Martın 15-də o, Qərb qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı sözlərini təkrar edərək, bu variantın mümkün olduğunu qeyd edib.
Ramil Zeynallı