ABŞ-də 62 yaşlı kişiyə geni dəyişdirilmiş donuz böyrəyi köçürülüb.
"Unikal" BBC-yə istinadən xəbər verir ki, Rik Sleymanın əməliyyatdan sonra sağaldığı və tezliklə xəstəxanadan çıxa biləcəyi bildirilir.
İndiyə qədər donuz böyrəyinin transplantasiyası ilə bağlı yalnız eksperimental hallar olub. Sleyman martın 16-da Bostondakı Massaçusets Ümumi Xəstəxanasında 4 saat davam edən əməliyyat zamanı əməliyyat olunub.
Ağarza Elçinoğlu