Rusiyanın Mi-8 helikopteri Belqorod vilayətində qəza enişi edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məlumata görə, vertolyot martın 21-də səhər saatlarında Rovenki kəndi yaxınlığında sərt eniş edib. Helikopterdə dörd nəfər olub. Zərərçəkənlərdən biri xəstəxanaya çatdırılıb.
İlkin ehtimala görə, sərt enişin səbəbi pilotun səhvi olub.
Ağarza Elçinoğlu