Aleksey Navalnının ölümü ilə əlaqədar Avropa İttifaqı iki təşkilata və 33 rusiyalıya sanksiya tətbiq edib.
"Unikal" xəbər verir ki, bu barədə siyahı Aİ-nin rəsmi saytında dərc olunub.
Yamal Muxtar Dairəsinin Federal Penitensiar Xidmətinin Departamenti Navalnının fevralın 16-da günortadan sonra “Qütb canavarları” koloniyasında ölməsi barədə məlumat yayıb. Şöbədən bildirilib ki, o, yeriyərkən özünü pis hiss edib və az qala dərhal huşunu itirib.
Müxalifətçi martın 1-də Moskvada Borisov qəbiristanlığında dəfn edilib.
Ağarza Elçinoğlu