Rusiya 56 Kanada vətəndaşını sanksiya siyahısına əlavə edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
"Kiyev rejiminə görə 56 Kanada vətəndaşının Rusiya Federasiyasına girişi həmişəlik bağlanıb", - Rusiya XİN bildirib.
Nazirlik qeyd edib ki, Rusiya Federasiyası Kanada hərbi-sənaye kompleksində fəaliyyət göstərən bir neçə şirkətin rəhbərliyinə qarşı sanksiyalar tətbiq edib.
Sanksiya siyahısına Kanadadakı Ukrayna diasporunun nümayəndələri də daxildir.
Ağarza Elçinoğlu