Ermənistanın Kotayk rayonunda zəncirvari avtomobil qəzası baş verib.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Qeyd olunub ki, İrəvan-Sevan (İrəvan-Göyçə - red.) yolunun 15 km-lik hissəsində "BMW", "Skoda", "Volkswagen" və "Ford Transit" markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.
Ağarza Elçinoğlu