Bu gün keçirilməli olan “Neftçi” – “Spartak” (Moskva) yoldaşlıq oyunu Rusiya klubunun xahişi ilə ləğv olunub.

"Unikal" xəbər verir ki, buna səbəb Moskvada dünən baş vermiş terror aktı və akt nəticəsində çox sayda insanın həlak olmasıdır.

“Neftçi” PFK baş vermiş hadisəyə görə başsağlığı verib.

Qeyd olunub ki, oyun üçün alınmış biletlər qaytarılacaq.

***16:14

“Neftçi” – “Spartak” (Moskva, Rusiya) yoldaşlıq oyununun hakimləri müəyyənləşib.

"Unikal" xəbər verir ki, matçda ədaləti Rauf Cabbarov qoruyacaq. Ona Namiq Hüseynov və Kamran Bayramov kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Kamranbəy Rəhimov yerinə yetirəcək. VAR hakimi Cavid Cəlilov, VAR hakiminin köməkçisi Müslüm Əliyev olacaq.

Qeyd edək ki, “Neftçi” – “Spartak” görüşü bu gün saat 18:00-da “Neftçi Arena”da keçiriləcək.