"Barselona" klubunun prezidenti Xuan Laporta "Mançester Siti"nin hücumçusu Erlinq Holannın mümkün transferini şərh edib.
"Unikal" xəbər verir ki, klub rəhbəri belə böyük alışlara ehtiyaclarının olmadığını bildirib.
"Yayda transfer bazarı üzərində işləyəcəyik, amma yüksək profilli transferlər gözləmirəm. Diqqətimizi komanda oyunçularına yönəldəcəyik. Bizim prioritetimiz hazırkı komandaya güvənməkdir", - deyə Laporta qeyd edib.