Ukrayna prezidenti Volodimir Zelenski "Crocus City Hall"da baş verən terror aktını şərh edib.
"Unikal" xəbər verir ki, bu barədə o, yaydığı videomüraciətdə bildirib.
Ukrayna liderinin sözlərinə görə, Rusiya prezidenti hadisədə Ukraynanı günahlandırmağa çalışıb: "Putin Rusiya vətəndaşları ilə məşğul olmaq, onlara müraciət etmək əvəzinə bir gün susaraq Ukraynanı bu işə necə cəlb edəcəyini düşünürdü. Hər şey tamamilə proqnozlaşdırıla bilər.
Hazırda Ukrayna torpaqlarında öldürülən yüz minlərlə rus hər hansı bir terrorçunun qarşısını almaq üçün mütləq kifayətdir".
Ağarza Elçinoğlu