Qadın futbolçulardan ibarət Azərbaycan millisinin səfərdə Macarıstan seçməsinə qarşı keçirəcəyi Avropa çempionatının seçmə mərhələ oyununun təyinatları bəllidir.
"Unikal" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü İngiltərədən olan hakimlər briqadası idarə edəcək.
Referi Kirsti Doula yan xətt hakimləri Sofi Denninqton və Rubi Saykes yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Emil Heaslip yerinə yetirəcək.
Qeyd edək ki, B Liqasının I qrupundakı oyun aprelin 5-də, Bakı vaxtı ilə saat 19:45-də start götürəcək.