“Sumqayıt” FK tarixi ərzində bir mövsümdə ən çox xalı toplayıb.
"Unikal" xəbər verir ki, sözügedən komanda bu nailiyyətə Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün 28-ci turunun “Araz-Naxçıvan”la oyununda qazandığı qələbə sayəsində çatıb.
Belə ki, cari mövsümdə xallarının sayını 42-yə çatdıran Samir Abasovun baş məşqçisi olduğu kollektiv bununla da tarixi rekorda imza atıb.
Qeyd edək ki, “Sumqayıt” FK bundan öncə ən çox xalı da məhz Samir Abasovun rəhbərliyi altında 2017/2018 mövsümünün yekununda toplamışdı – 40 xal. Sözügedən mövsümdə Azərbaycan Premyer Liqasında 8 komanda mübarizə aparırdı və ümumilikdə 28 tur oynanılmışdı.