Tayvanda baş verən zəlzələ nəticəsində ən azı 963 nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, bunu Tayvanın fövqəladə hallara cavab qərargahının nümayəndəsi brifinqdə açıqlayıb.

Yenilənmiş məlumatlara görə, qurbanların ən çoxu Sinbey (248 nəfər) və Hualien dairəsində (176) qeydə alınıb. 

Qərargah nümayəndəsinin sözlərinə görə, daha 143 nəfər dağıntılar altındadır. 

*** 16:13

Tayvanda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 10-a, xəsarət alanların sayı isə 934-ə çatıb. 

"Unikal" xəbər verir ki,  bu barədə TASS məlumat yayıb. 

***14:47

Tayvanda baş verən güclü zəlzələ nəticəsində 9 nəfər ölüb, 800-dən çox insanın yaralanıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, daha minə yaxın insanın dağıntılar altında qaldığı bildirilir.  

***11:25

Tayvan sahillərində baş verən güclü zəlzələdə ölənlərin sayı 7 nəfərə çatıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanlar zamanı 736 nəfər isə yaralanıb.

***08:22

Çərşənbə günü səhər saatlarında Tayvan sahillərində baş verən güclü zəlzələ nəticəsində azı 4 nəfər ölüb, ən azı 97 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Tayvanın “Çjunşi Sinvenyan” informasiya portalı məlumat yayıb.

*** 08:04

Tayvan yaxınlığında 7,5 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, Yaponiyanın cənubunda yerləşən Okinava və Miyako adaları üçün sunami təhlükəsi elan edilib.

Təbii fəlakət nəticəsində bir nəfər həyatını itirib, 50-dən çox insan xəsarət alıb. 

Adanın Mərkəzi Meteorologiya İdarəsinin rəhbəri Vu Jianfu Tayvanda baş verən zəlzələnin 21 sentyabr 1999-cu ildən bəri ən güclü zəlzələ olduğunu bildirib.

“Bugünkü 7,5 bal gücündə zəlzələ 21 sentyabr 1999-cu ildən bəri ən güclü zəlzələ olub. Zəlzələ bütün Tayvanda, o cümlədən mərkəzi və şimal hissələrdə hiss edilib”, - o,  qeyd edib. Bildirilir ki, 25 il əvvəl Tayvanın Jiji şəhərində 7,3 bal gücündə zəlzələ baş verib. O zaman 11 mindən çox insan yaralanıb.

Gülayə Mecid