Türkiyənin Malatya şəhərində 4,5 maqnitudalı zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, AFAD məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 10:48-də (Bakı vaxtı ilə saat 11:48) Doğanşehir rayonunda qeydə alınıb.

Tələfat və dağıntılar barədə hələ məlumat yoxdur.

Zərifə Nağıyeva