Venesuela sakini, dünyanın ən yaşlı adamı Xuan Visente Peres Mora 115 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə ölkə prezidenti Nikolas Maduro məlumat verib.

"Dünyanın ən yaşlı insanı kimi Ginnesin Rekordlar Kitabına düşən Xuan Visente Peres Mora 115 yaşında vəfat edib. Mən onun ailəsinə və  El Kobre şəhərinin bütün sakinlərinə başsağlığı verirəm”, - Maduro "X"da yazıb.

Məlumata görə, 115 yaşlı Peres Mora tənəffüs yollarında yaranan ağırlaşmalar səbəbindən vəfat edib.

Mora 27 may 1909-cu ildə Venesuelanın El Kobre şəhərində 10 uşaqlı ailədə anadan olub. Ən uzunömürlü kişinin 11 uşağı var.