Gürcüstan parlamentinin bugünkü iclası deputatların davası ilə başlayıb.

"Unikal" Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, deputat Aleko Elisaşvili hakim “Gürcü arzusu” partiyasının “Xarici agentlər haqqında” qanun layihəsini yenidən parlamentə təqdim etməsi hamı üçün təhqir olduğunu açıqlayıb. 

Elisaşvilinin bəyanatı hakim partiyanın deputatlarının hiddətinə səbəb olub və söz mübahisəsi davaya çevrilib.

Parlamentin sədri Şalva Papuaşvili deputatlardan “Rusiya qanunu” sözünü işlətməməyi tələb edib. Sonra spiker Aleko Elisaşvilini iclas zalını tərk etməsini tələb edib. 

Gülayə Mecid