Türkiyə parlamentinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri, keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, M. Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 3-5-də Azərbaycanda səfərdə olacaq.