"NATO Ukraynaya beş illik 100 milyard dollarlıq hərbi yardım paketi təqdim etmək planı hazırlayır".

"Unikal" xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb. 

Nəşrin qeyd etdiyi kimi, bu, alyansın Ukraynanı Trampın mümkün prezidentliyi ilə bağlı ABŞ-də siyasi əhval-ruhiyyənin dəyişməsindən qorumaq cəhdidir.

Vəsaitin ayrılması təşəbbüsü ilə bu payızda təqaüdə çıxacaq NATO-nun baş katibi Yens Stoltenberq çıxış edib.

Stoltenberq iyulda Vaşinqtonda keçiriləcək NATO liderlərinin sammitinə qədər Kiyevə hərbi yardım paketi haqqında saziş bağlamağı gözləyir.