Qırğızıstanın bütün bankları ikinci dərəcəli sanksiyaların qarşısını almaq üçün Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırıb. 

"Unikal" xəbər verir ki, bu barədə Qırğızıstanın Banklararası Prosessinq Mərkəzi (IPC) məlumat yayıb.

Qeyd olunub ki, 23 fevral 2024-cü il tarixində ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət üzrə məsul bölməsi olan OFAC, "Mir" Ödəniş Sisteminin kart operatoru ASC Milli Ödəniş Kart Sisteminə (JSC NSPK) qarşı sanksiyalar tətbiq edib: "Təkrar sanksiyalar riskini minimuma endirmək məqsədilə “Banklararası Prosessinq Mərkəzi” QSC “Elkart” milli ödəniş sisteminin fasiləsiz fəaliyyətinin təminatçısı kimi 5 aprel 2024-cü il tarixindən etibarən NSPK SC ilə münasibətlərə xitam verildiyini bildirir". 

Qeyd edək ki, bundan əvvəl Ermənistan və Qazaxıstan "Mir" kartlarına xidmət göstərməyi dayandırıb.

Ağarza Elçinoğlu