Türkiyədə Qars polisinin qaçaqmalçılıqla mübarizə şöbəsinin əməkdaşları iki erməninin ayaqqabısından qızıl tapıblar.

"Unikal" xəbər verir ki, bu barədə türk mətbuatı məlumat yayıb. Belə ki, Türkiyə polisi şübhəli iki şəxsin üzərində axtarış apararkən onların ayaqqabılarından 1 kq ağırlığında qızıl külçələr aşkar edib. 

Qeyd olunub ki, şübhəlilər Ermənistan vətəndaşlarıdır və barələrində cinayət işi başlanıb.