Fransanın müdafiə naziri Sebastyan Lekornu ilə Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Fransa Müdafiə Nazirliyinin rəhbəri Krasnoqorskdakı "Crocus City Hall" konsert zalında törədilən terror aktını pisləyib. O, həmçinin həlak olanların ailələrinə başsağlığı verib.