Finlandiya Prezidenti Aleksandr Stubb ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə mətbuat konfransı zamanı deyib ki, ölkəsinin Ukraynaya qoşun göndərmək üçün heç bir səbəbi yoxdur.

"Unikal" TASS-a istinadən xəbər verir ki, Stubb açıqlamasında deyib:

"Əsgər göndərmək üçün heç bir səbəb yoxdur. Biz Ukraynanı hər cür dəstəkləyirik. Avropa, ABŞ və Qərbin Ukraynaya kömək etmək üçün əslində nə edə biləcəklərinə diqqət yetirmələri vacibdir. Fikrimcə, bu, Ukraynanı silah-sursatla təmin etməkdir".

Zelenski Stubbı dəstəkləyərək Kiyevin öz ordusunu təchiz etməli olduğunu deyib.

Qeyd edək ki, Stubb aprelin 3-də Finlandiya prezidenti kimi Ukraynaya ilk səfərini edib.