Moskvada pis hava şəraiti səbəbindən 2 nəfər ölüb, daha 15 nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, bu barədə paytaxtın meri Sergey Sobyanin öz "Telegram" kanalında məlumat verib.

"Bu gün Moskvada temperaturun dəyişməsi ilə güclü külək başlayıb. Küləyin sürəti 21 m/s-dən çox olub. Bütün xəbərdarlıq tədbirlərini vaxtında gördük. Böyük şəhər parkları və digər açıq ictimai yerlər dərhal bağlandı”, - deyə Sobyanin yazıb.

O əlavə edib ki, təhlükə ilə bağlı mesajlar şəhərin ekranlarında, məlumat mərkəzinin xəbərdarlıq lövhələrində və digər yerlərdə olub.

"Amma təəssüf ki, ölənlər olub. 17 nəfər yaralanıb, onlardan ikisi dünyasını dəyişib", - deyə mer bildirib.

Sobyanin həlak olanların ailələrinə başsağlığı verib. 

 "Bütün zərərçəkənlərə lazımi tibbi yardım göstərilir. Hazırda şəhər xidmətləri fəsadların aradan qaldırılması üçün operativ şəkildə bütün tədbirləri görür", - o bildirib.