Almaniyanın iki nazirlik rəhbəri evlənmək qərarına gəlib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Saksoniyanın ədliyyə naziri Katya Mayer Şimali Reyn-Vestfaliya əyalətinin Bərabərlik naziri Jozefin Paulla eynicinsli nikaha daxil olacaqlar. 

 Qadınlar bir neçə ildir ki, birlikdədirlər və indi evlənmək qərarına gəldiklərini açıqlayıblar. Onlar Almaniya siyasətində ilk belə cütlük olacaqlar.

Almaniyada eynicinslilərin nikahı 2017-ci ildə qanuniləşdirilib. O vaxtdan bəri ölkədə 65 mindən çox eynicinsli cütlük nikaha daxil olub.