Çeçenistan rəhbəri Ramzan Kadırov məmurları çeçen sakinlərinin mağazalardakı borclarını ödəməyə çağırıb.

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə o, keçirdiyi iclasda deyib.

Kadırov deyib ki, bu barədə ona qızı Xədicət Kadırova məlumat yazıb.

“Xədicətdən mənə sms gəldi ki, bir çox insanlar maddi imkanı olmadığından borca mal almağa məcburdurlar. Həmin borcları bağlamaqda köməklik etmək yaxşı olardı. Yaxşı olar ki, hərə bir sahəni götürüb oranın sakinlərinin borcunu ödəsin”, - deyə Çeçenistan rəhbəri çağırış edib.