Demarkasiya və delimitasiya ilə bağlı Ermənistan və Azərbaycan hökumətləri arasında imzalanmış sənəd var.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Milli Komitəsinin keçmiş aparat rəhbəri Aruşan Akopyan bildirib. 

O, sözügedən sənədin 1988-ci ildə imzalandığını açıqlayıb: "Sənəd komissiyanın 16 ilə yaxın davam edən uzun işindən sonra imzalanıb. SSRİ hökumətinin qərarı ilə iki respublikanın - Ermənistan və Azərbaycan hökumətləri arasında 1988-ci ilə qədər fəaliyyət göstərən ümumi sərhədləşdirmə və demarkasiya komissiyası yaradıldı. Komissiyaya iki ölkənin sərhəd zonalarından ekspertlər, rəsmi şəxslər və torpaq istifadəçiləri daxil idi. Və yekun protokol 1988-ci ildə imzalanıb.

Meğridən Noyemberyana qədər 932 km məsafədə olan Naxçıvanın bütün sərhədi demarkasiya edilib". 

Onun sözlərinə görə, bütün sənədlər Moskva Geodeziya və Kartoqrafiya İnstitutunun arxivində saxlanılır.

Ağarza Elçinoğlu