Amerikanın biznes jurnalı olan "Forbes" tərəfindən bu il 38-ci dəfə dərc edilən milyarderlər siyahısı açıqlanıb. Siyahıda qadınlar milyarderlərin təxminən 13 faizini təşkil edib.
"Unikal" həmin milyarder qadınları təqdim edir:
1. Fransuaza Bettenkur Meyers
Dünyanın ən zəngin qadını, "L'Oreal" ın qurucusunun nəvəsi olan Fransuaza Bettenkur Meyersdir. 99,5 milyard dollarlıq sərvəti ilə Fransuaza Bettenkur milyarderlər siyahısında 15-ci yerdədir.
2. Elis Uolton
"Valmart" ın qurucusu Sem Uoltonun yeganə qızı Elis Uoltonun 72,3 milyard dollar sərvətinin olduğu bildirilir.
Bu göstərici ilə Elis milyarderlər siyahısında 21-ci yeri tutub.
3. Culiya Koç
61 yaşlı Culiya Koç 64,3 milyard dollarla milyarderlər siyahısında 23-cü yerdədir.
4. Caklin Mars
"Mars" qənnadı şirkətinin qurucusu Caklin Marsın sərvəti 38,5 milyard dollardır. Bu sərvətlə Caklin Mars dünyanın 43-cü ən varlı adamıdır.
5. Makkenzi Skott
Amazonun qurucusu Ceff Bezosun keçmiş həyat yoldaşı olan Makkenzi Skottun sərvəti 36,5 milyard dollardır. Bu sərvətlə Skott dünyanın 43-cü ən varlı adamıdır.
6. Savitri Cindal
Hindistanın ən varlı qadını olan Savitri Cindal 33,5 milyard dollar sərvəti ilə dünyanın 46-cı ən varlı adamıdır.
7. Rafaela Aponte-Diamant
33,1 milyard dollarlıq sərvəti ilə 48-ci ən varlı adam olan Rafaela həyat yoldaşı ilə birlikdə dünyanın ən böyük nəqliyyat şirkəti olan "MSC"nin 50 faizinə sahibdir.
8. Miriam Adelson
32 milyard dollar sərvəti ilə dünyanın 53-cü ən varlı adamı olan həkim Miriam Adelson 2021-ci ildə 87 yaşında vəfat edən "Las Vegas Sands" kazino şirkətinin keçmiş baş direktoru Şeldon Adelsonun həyat yoldaşı idi.
Forbes qeyd edir ki, Miriam və onun ailəsi hazırda Nyu-York Fond Birjasında qeyd olunan qumar imperiyasının yarıdan çoxuna sahibdir.
9. Gina Rinehart
Avstraliyanın ən varlı adamı 30,8 milyard dollarlıq sərvəti ilə Gina Rinehartdır. Bu böyük sərvətlə Gina zənginlər siyahısında 56-cı yerdədir.
Avstraliyalı milyarder mədən maqnatı Rinehart atası Lang Hancock tərəfindən təsis edilmiş özəl mineral kəşfiyyat və hasilat şirkəti olan "Hancock Prospecting"in baş icraçı direktoru vəzifəsində çalışır.
10. Abiqal Conson
62 yaşlı Abiqal Conson 29 milyard dollarlıq sərvətlə dünyanın 10-cu ən varlı qadını olub. Bununla o, ümumi siyahıda 58-ci yeri tutub. O, atasından miras qalan nəhəng "Fidelity Investments" maliyyə xidmətləri şirkətinin fond idarəçiliyinin baş direktoru vəzifəsində çalışır.
Zərifə Nağıyeva