Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Fransanın müdafiə naziri Sebastian Lekornu arasında telefon danışığı olub. 

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Bildirilib ki, rusiyalı nazir Fransa hərbçilərinin Ukraynada olmasının Paris üçün yaradacağı problemlər barədə xəbərdarlıq edib: "Yelisey sarayının Ukraynaya fransız hərbçilərinin göndərilməsi ilə bağlı bəyanatlarına gəlincə, Sergey Şoyqu qeyd edib ki, onlar praktikada həyata keçirilərsə, bu, Fransanın özü üçün problemlər yaradacaq". 

Ağarza Elçinoğlu