"Ehtiyac olarsa, büdcəyə yenidən baxıla bilər. Ona görə ki, neftin qiyməti kifayət qədər yüksəkdir və əlavə gəlirlər gəlib".
Bunu "Unikal"a açıqlamasında deputat Vahid Əhmədov deyib. O bildirib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə böyük işlər gedir:
"Ola bilər bununla bağlı əlavə vəsaitə ehtiyac olsun. Həmçinin, maaş, pensiya, müavinət və s. məsələyə baxıla bilər. Eahtiyac olarsa, büdcəyə yenidən baxılacaq".
Qeyd edək ki, builki büdcədə neftin qiyməti 60 dollardan götürülüb. Hazırda isə Azərbaycan neftinin qiyməti 90 dollardan çoxdur.
Anar Kəlbiyev