Ötən gün ABŞ-nin Nyu-York şəhərində şiddətli tufan və yağış bölgədə həyata mənfi təsir göstərib. Fırtınada bəzi avtomobillərə ziyan dəyib, elektrik dirəkləri aşıb.

"Unikal" xəbər verir ki,  tufan zamanı dünyanın ən tanınmış abidələrindən biri və ABŞ-nin simvolu olan "Azadlıq Heykəli"nə ildırım düşüb.

Dan Martland adlı fotoqraf həmin anı çəkməyi bacarıb. Martlandın sosial mediada paylaşdığı fotolar  gündəm yaradıb. 

Gülayə Mecid