"Barselona"nın sabiq futbolçuları Andres İnyesta və Boyan Krkiç klub sahibi olmaq istəyirlər.
"Unikal" xəbər verir ki, onlar birlikdə Danimarkanın "Helsingör" klubunun səhmlərini almağı planlaşdırırlar.
Bu barədə Danimarkanın "Tipsbladet' nəşri məlumat yayıb. İnyestanın şəriki Joel Borras, elcə də Krkiçin də daxil olduğu qlobal idman, əyləncə və marketinq şirkəti NSN-nin "Helsingör"ü almağa çox yaxın olduğu bildirilib.
İnyesta və ortaqlarının klubun 85 faiz səhmi üçün təxminən 2 milyon avro ödəyəcəyi vurğulanıb.
Qeyd edək ki, "Helsingör" Danimarkanın 1-ci liqasında çıxış edir. Komanda hazırda 12 xalla sonuncu - 12-ci yerdədir.