Azərbaycanın yunan-Roma güləşçisi Beka Kandelaki Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində yarımfinal görüşünə çıxıb.
"Unikal" xəbər verir ki, 130 kiloqramda mübarizə aparan idmançımız yarımfinalda Sergey Semyonovla üz-üzə gəlib. Görüş rəqibin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Daha əvvəl İslam Abbasov (87 kiloqram) 1/8, Nihat Məmmədli (60 kiloqram) və Murad Əhmədiyev isə 1/4 finalda mübarizəni dayandırıblar.
Növbəti gün qadın güləşi üzrə millinin 5 üzvü xalça üzərinə çıxacaq. Mariya Stadnik (50 kiloqram), Elnurə Məmmədova (53 kiloqram), Jalə Əliyeva (57 kiloqram), Birgül Soltanova (62 kiloqram) və Elis Manolova (68 kiloqram) ölkəmizi bu növdə təmsil edəcəklər.
Son yarış günündə estafet sərbəst güləşçilərə keçəcək. Millinin 5 üzvü – Əliabbas Rzazadə (57 kiloqram), Hacı Əliyev (65 kiloqram), Turan Bayramov (74 kiloqram), Osman Nurmaqomedov (86 kiloqram) və Georgi Meşvildişvili (125 kiloqram) “doğma divarlar” arasında azarkeşləri sevindirməyə çalışacaqlar.