Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində damba yarılıb, əhali təxliyə olunur.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.

Bildirilib ki, risk zonasından 11 min nəfər əhali təxliyə ediləcək. Artıq 3 minədək sakin köçürülüb. Onlardan 721-i uşaqdır. 

Təxliyə olunan sakinlərin yerləşdirilməsi üçün 5 təhsil müəssisəsi hazır vəziyyətə gətirilib.

Paralel olaraq dambanın bərkidilməsi işləri aparılır.

Qəzanın baş vermə səbəbləri araşdırılır.