İslandiyanın Baş naziri Katrin Yakobsdouttir istefa verib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 2007-ci ildən hökumətə başçılıq edən Yakobsdouttir prezidentliyə namizəd ola bilmək üçün bu addımı atıb.

Onu kimin əvəz edəcəyi hələ ki, müəyyən edilməyib.

İslandiyada prezident seçkiləri iyunun 1-nə təyin edilib.