Seneqalda 25 nazir və 5 dövlət katibinin daxil olduğu yeni hökumət formalaşıb.

"Unikal" xəbər verir ki, bu barədə Seneqal Mətbuat Agentliyi məlumat yayıb.

İnteqrasiya və xarici işlər naziri vəzifəsini hökumətdəki 4 qadından biri olan Yasin Fal tutub. General Biram Diop müdafiə naziri, Jan-Batist Tin daxili işlər naziri, Usman Dian isə ədliyyə naziri olub.