Türkiyə Silahlı Qüvvələri tərəfindən 14 oktyabr 2023-cü il tarixində Tunceli Ovacık rayonunun Doludibek çölündə terror təşkilatı PKK-ya qarşı əməliyyat keçirilib. Əməliyyatda terror təşkilatı PKK- nın sözdə komandirlərindən biri "Eddesa Cejna" kod adlı Ece Yılmaz zərərsizləşdirilib.

"Unikal" xəbər verir ki, terrorçunun dəfn mərasimində DEM Partiyası (Xalqların Bərabərlik və Demokratiya Partiyası) Batman ilinin Millət vəkili Zeynep Oduncu da iştirak edib və onun tabutunu daşıyıb. 

Hadisəni əks etdirən fotolar aylar sonra Türkiyə mediasında yayımlanıb. Millət  vəkilinin bu addımı qınanılıb.  DEM Partiyası isə  məsələ ilə bağlı açıqlama verməyib. 

Gülayə Mecid