Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Xankəndi şəhərində çox sayda silah-sursat aşkar edilib.
"Unikal" xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib. Məlumata görə, aprelin 5-də Xankəndi şəhəri ərazisində 7 avtomat silahı, 2 tapança, 3 tüfəng, 20 qumbara, 55 patron darağı, 1440 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.