Xəbər verdiyimiz kimi, Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində su bəndi dağılıb.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, bəndin uçması nəticəsində 3 nəfər ölüb.
Qeyd edək ki, bəndin tamamilə uçması nəticəsində dörd mindən çox ev və on mindən çox sakin daşqın zonasında qalıb.
Səlahiyyətlilərə görə, su 2 həftəyə çəkiləcək. Həmçinin vilayətdə daşqın səbəbindən fövqəladə vəziyyət elan edilib.
Ağarza Elçinoğlu