Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən meşə massivinin kənarından 1-i yivli olmaq 2 ədəd ov tüfəngi və həmin silahlara məxsus 1000 ədəd patron aşkar edilərək götürülüb.
DİN-dən "Unikal"a verilən məlumata görə, profilaktik tədbirlər zamanı isə rayon sakini atasından qalan müvafiq sənədləri olmayan tüfəngi könüllü olaraq polisə təhvil verib.