Yevlaxda qətl olub.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Əkşəm kəndində baş verib. Münaqişə zəminində kənd sakini Şəhriyar Bayramlı həmkəndlisi Musa Orucovu bıçaqlayaraq öldürüb.
Qeyd edək ki, tərəflər kənd yaxınlığında kafedə təşkil edilən məclisdən sonra mübahisə etməyə başlayıblar.Onların münaqişəsi kafeni tərk etdikdən sonra da davam edib.
Belə ki, Şəhriyar Bayramlı həmkəndlisi Musa Orucovu evindən çölə çağıraraq onu bıçaqlayıb. Ağır vəziyyətdə olan M. Orucov təcili yardım avtomobili ilə xəstəxanaya aparılarkən yolda keçinib. Hadisənin söyüş üstündə baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov